UEFA-nın baş katibi Azərbaycanı misal çəkdi: Çempionlar Liqasının finalı..."

UEFA-nın baş katibi Azərbaycanı misal çəkdi: Çempionlar Liqasının finalı..."
İDMAN
13:49 21.10.2016
1350

 

UEFA Çempionlar Liqasının final oyununun Avropadan kənarda keçirilməsini müzakirə etməyə hazırlaşır.

Bunu qurumun yeni prezidenti Aleksander Çeferin açıqlayıb.

O bildirib ki, belə addımın atılması istisna deyil: "Bu, gələcəkdə mümkün ola bilər. Lakin indidən müzakirə olunmalıdır. Portuqaliyadan Nyu-Yorka olan yol Azərbaycana məsafə qədərdir".
 
Qeyd edək ki, avrokuboklar tarixində final oyunu heç vaxt qitədən kənarda keçirilməyib.

OXŞAR XƏBƏRLƏR