UEFA-nın Cavid Hüseynovu bağışladı

İDMAN
01:06 06.08.2015
1449
UEFA Kiprdə baş tutan "Apollon" - "Qəbələ" matçındakı hadisələrlə bağlı qərarını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, rəqib təmsilçimizin futbolçusu Cavid Hüseynovun matçın 90+3-cü dəqiqəsində penaltini qola çevirdikdən sonra etdiyi qeyri-etik hərəkəti bağışlayıb.

Bu hərəkətə görə Hüseynovdan UEFA-ya şikayət edən kiprlilərin iddiası boşa çıxıb. Buna səbəb Qəbələ klubunun da qitə futbol qurumuna əks arqumentlər təqdim etməsi olub.

Qeyd edək ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Apollon" - "Qəbələ" matçı 1:1 bərabərliklə başa çatmışdı. Sözügedən komandalar sabah Bakıda cavab qarşılaşmasında çıxacaqlar.

OXŞAR XƏBƏRLƏR