UEFA-nın yeni prezidenti seçildi

İDMAN
19:26 24.03.2015
1865
Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX konqresi keçirilib.Konqresdə qurumun prezident seçkiləri keçirilib.Hazırda quruma rəhbərlik edən Mişel Platini postunda qalıb. Əfsanəvi fransalı futbolçu bu gün növbəti dəfə UEFA prezidenti seçilib.UEFA-nın Konqresində keçirilən seçki zamanı Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. 60 yaşlı Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək.Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya başçılıq edir.
OXŞAR XƏBƏRLƏR