UEFA Putinlə bağlı şüarlar səsləndirən "Fənərbağça"ya intizam işi açdı

UEFA Putinlə bağlı şüarlar səsləndirən "Fənərbağça"ya intizam işi açdı
İDMAN
23:25 28.07.2022
415
UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb.

AZXEBER.COM Offsideplus.az-a istinadən xəbər verir ki, buna "sarı-lacivərtlilər"in azarkeşlərinin doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub. 

Fanatlar 57-ci dəqiqədə Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. 

Xatırladaq ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.
OXŞAR XƏBƏRLƏR