UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş etdi

İDMAN
11:50 01.11.2022
310
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
OXŞAR XƏBƏRLƏR