UEFA "Qarabağ"ı cəzalandırdı

UEFA "Qarabağ"ı cəzalandırdı
İDMAN
23:38 27.11.2025
241
UEFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

AZXEBER.COM xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. "Qarabağ" azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR