UEFA Avropa Liqasının rəsmi "X" hesabı "Qarabağ"la bağlı paylaşım edib.
Avropa futbol qurumu "köhlən atlar"ın turnirin pley-off mərhələsinin cavab matçında Portuqaliyanın "Braqa" komandasına vurduğu qolu paylaşıb.
Mateus Silvanın rəqib qapısından keçirdiyi top fərqləndirilib.
Xatırladaq ki, səfərdə "Braqa"ya qalib gələn (4:2) "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub olsa (2:3) da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.