UEFA "Qarabağ"la bağlı növbəti paylaşım etdi

UEFA "Qarabağ"la bağlı növbəti paylaşım etdi
İDMAN
18:57 18.10.2021
475
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

Turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb.

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi" başlıqlı paylaşımda "köhlən atlar"ın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR