UEFA Avropa Liqasının IV turunun oyunlarının ən yaxşılarını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, fərqlənənlər sırasında Azərbaycan millisinin və "Qarabağ”ın kapitanı rəşad Sadıqov da yer alıb.
Belə ki, müdafiəçi Yunanıstanın Saloniki şəhərində keçirilən PAOK - "Qarabağ” görüşünün ən yaxşısı seçilib.
Digər təmsilçimiz "Qəbələ”nin "Sent-Etyen”lə (Fransa) qarşılaşmasında rəqib futbolçu adından söz etdirib. Komandasının bərabərlik qolunu vuran Ussama Tannan Bakıdan ən yaxşı kimi qayıdıb.
Qeyd edək ki, "Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyi halda, "Qəbələ” 1:2 hesabı ilə uduzub.