UEFA reytinqi: “Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişməyib, “Qəbələ” geriləyib

UEFA reytinqi: “Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişməyib, “Qəbələ” geriləyib
İDMAN
13:38 26.08.2023
296
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub.

Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu "Qarabağ”dır. Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-offunda Sloveniya komandası "Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. "Qarabağ” reytinqdə "Molde” (Norveç), "Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan) və "Makkabi” (Təl-Əviv, İsrail) ilə bu pilləni bölüşdürür.

"Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Neftçi”dir. 10.000 əmsalı olan "ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.

"Qəbələ” isə növbəti dəfə geriləyib. "Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.

Azərbaycan çempionatının digər iştirakçılarından "Sabah”, "Zirə”, "Sumqayıt”, "Səbail” və elitanı tərk edən "Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
"Turan Tovuz”, "Kəpəz” və yenidən elitaya qayıdan "Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.

Türkiyənin ən reytinqli komandası yenə "Başakşəhər”dir. İstanbul klubu 29.000 əmsalla 53-cü pillədə qərarlaşıb. "Qalatasaray” (26.500) 56-cı, "Fənərbağça” (24.500) 62-ci, "Sivasspor” (16.500) 89-cu yerdədirlər. "Beşiktaş” və "Trabzonspor” (11.500 xalla 113-cü), "Adana Dəmirspor”, "Konyaspor”, "Alanyaspor” və "Yeni Malatyaspor” (hamısı 6.170 xalla 205-ci) ilk "100-lük”dən kənarda qalıblar.

Ukrayna "Şaxtyor”u yenə keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev "Dinamo”su (26.500) 56-cıdır. Bu sıralamada ilk "üçlüy”ü "Qarabağ” qapayır.

UEFA reytinqinə İngiltərə təmsilçisi "Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın "Bavariya” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk "üçlüy”ü Madrid "Real”ı (106.000) qapayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır