UEFA Türkiyə klubunu avrokuboklardan kənarlaşdırdı

UEFA Türkiyə klubunu avrokuboklardan kənarlaşdırdı
İDMAN
17:56 17.02.2017
1248
Türkiyə klubu "Karabükspor” UEFA tərəfindən sərt cəzaya məruz qalıb.
 
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qitə futbol qurumu Superliqa təmsilçisini avrokuboklardan diskvalifikasiya edib. Buna səbəb karabüklülərin Maliyyə Feyr-Pleyinin tələblərinə cavab verməməsidi. Bir müddətdi "Karabükspor”la bağlı araşdırma aparan UEFA yekunda bu klubun 2 il beynəlxalq arenadan kənarlaşdırılmasını qərara alıb.
 
"Karabükspor” 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə əldə edə bilsə, orda iştirak edə bilməyəcək. Klub rəhbərliyinin İdman Arbitraj Məhkəməsinə müraciət etməsi üçün 10 gün vaxtı var.
OXŞAR XƏBƏRLƏR