Uels milli komandasının baş məşqçisi istefaya göndərilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rob Peyc Avro-2024-ü buraxdığı üçün 3 il yarım Uelsdəki vəzifəsindən qovulub.
Məlumat üçün bildirək ki, 49 yaşlı mütəxəssis ölkəni ilk dəfə dünya çempionatına çıxarmışdı. Lakin Avro-2024-ə vəsiqəni əldən verdikdən sonra təzyiqlərə məruz qalıb.
O, menecerlik karyerasına "Port Veyl"də başlayıb. Uelsin Qətərdəki Dünya Kubokunda çıxışı onun vəzifəsinin ən əlamətdar hadisəsi hesab olunub.