UFC ulduzu Rafael Fiziev Bank Respublikanı seçdi - FOTOLAR

UFC ulduzu Rafael Fiziev Bank Respublikanı seçdi - FOTOLAR
İQTİSADİYYAT
15:14 15.07.2025
504

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən UFC döyüşçüsü Rafael Fiziev ilə rəsmi sponsorluk əməkdaşlığı müqaviləsi imzalayıb. 

Bu əməkdaşlıq yalnız bir sponsorluq deyil, bu – ortaq dəyərlərin birliyidir. Güc, dayanıqlılıq, sürət, inam və qələbə ruhu – Bank Respublika və Rafael Fizievi birləşdirən əsas xüsusiyyətlərdir.

 

Əməkdaşlıq sazişi Bakıdakı Four Seasons Hotel-də keçirilən möhtəşəm təqdimat tədbiri çərçivəsində rəsmiləşib. Tədbirdə "Bank Respublika”nın təsisçiləri, tərəfdaşları, müştərilər, media nümayəndələri, həmçinin, Azərbaycana beynəlxalq arenada qələbələr qazandırmış tanınmış idmançılar — Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Xəyal Canıyev də yer aldı.

 

"Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov tədbirdə çıxış edərək bildirib ki: Bank Respublika olaraq biz hər zaman Azərbaycan gəncliyinin, idmanın və uğur hekayələrinin yanında olmuşuq. İdman xalqımızı güclü edir. Biz isə Bank Respublika olaraq hər zaman xalqı öz nümunəsi ilə ruhlandıranların yanında olacağıq. İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək.

 

Tədbirdə çıxış edən Rafael Fiziev bildirib ki,  "Bank Respublika”nın yanaşması, dəyərləri və idmana verdiyi töhfə onun bu seçimi etməsində əsas rol oynayıb. "Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var.

 

Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində iştirak edəcək.

 

Bank Respublika bu gün Azərbaycanda idmanın inkişafına önəmli töhfələr verən aparıcı qurumlardan biridir. Bank həmçinin Sabah futbol və basketbol klublarının, futbol üzrə milli komandanın, həmçinin ONE FC döyüşçüsü Akif Quluzadənin də rəsmi tərəfdaşıdır.

 

Qeyd edək ki, Bank Respublika ilə tərəfdaşlıq çərçivəsində Rafael Fiziev işğaldan azad olunmuş torpaqlarımıza da səfər etmişdir. Səfər çərçivəsində Hadrut, Füzuli, Şuşa və Xankəndində olan UFC ulduzu  bununla bağlı sosial şəbəkə səhifəsində "Qarabağ – Azərbaycandır!” paylaşımı etmiş və azarkeşlərinin böyük rəğbətini qazanmışdır.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər