Uitkoff Ukraynaya "Tomahawk" raketlərinin əvəzinə başqa təklif irəli sürdü

Uitkoff Ukraynaya "Tomahawk" raketlərinin əvəzinə başqa təklif irəli sürdü
DÜNYA
04:22 30.11.2025
96
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan edib ki, Ukrayna "Tomahawk" raketlərinin əvəzinə 10 il müddətinə ABŞ rüsumlarının ləğv edilməsinə nail olmalıdır.

Qeyd olunur ki, Uitkoff Ukraynaya Vaşinqton tərəfindən rüsumların ləğv edilməsinə nail olmağı təklif edib, çünki bu, ölkənin iqtisadiyyatına düşən yükü azaldacaq. Trampın xüsusi nümayəndəsi, həmçinin Ukrayna tərəfinə izah edib ki, raketlər münaqişənin gedişinə heç bir şəkildə təsir etməyəcək.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrda aparılan telefon danışığı zamanı ABŞ liderini Ukraynaya "Tomahawk" raketlərini göndərməməyə inandırıb. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, oktyabrın 16-da telefon danışığı zamanı Putin Trampı xəbərdar edib ki, "Tomahawk" raketlərinin göndərilməsi münaqişənin eskalasiyasına səbəb olacaq və ABŞ-Rusiya münasibətlərinə ziyan vuracaq.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR