Ukrayna 150-yə yaxın rus əsgərini əsir götürdü

DÜNYA
12:20 19.08.2024
140
Ukrayna rəsmiləri Rusiyanın Kursk bölgəsinə qəfil hücumda 150-yə yaxın rus əsgərini əsir götürdüklərini açıqlayıblar.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu hücum Ukraynanın Moskvaya qarşı müharibəsinin ilk mərhələsi kimi xarakterizə olunur.
 
Sumı şəhərinin hərbi administrasiyasının rəhbəri Oleksii Drozdenko hücumda yüzlərlə rus əsgərinin əsir götürüldüyünü və onların minimal itki verdiyini bildirib.
 
Ukrayna prezidenti Zelenski müttəfiqləri tərəfindən verilən silahlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.

Ukrayna prezidenti Vladimir Zelenski bu hücum zamanı Rusiya ilə əsir mübadiləsi üçün "mübadilə fondunu” artırmağı hədəflədiklərini bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR