Ukrayna 3 ölkəni məhkəməyə verdi

Ukrayna 3 ölkəni məhkəməyə verdi
DÜNYA
10:42 19.09.2023
151
Müharibə şəraitində olan Ukrayna iqtisadiyyatını dirçəltməyə çalışır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna İqtisadiyyat Nazirliyi Polşa, Slovakiya və Macarıstana qarşı ölkədən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyduqları səbəbiylə Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırıldığını açıqlayıb.

Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını qadağan edən Polşa, Slovakiya və Macarıstanı məhkəməyə verib.

Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Avropa İttifaqı (Aİ) üzvləri Polşa, Slovakiya və Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

Bəyanatda bunun qəbuledilməz olduğu vurğulanıb və bu ölkələrin beynəlxalq öhdəliklərini pozduqları iddia edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR