Ukrayna 8 yaşayış məntəqəsini azad etdi

Ukrayna 8 yaşayış məntəqəsini azad etdi
DÜNYA
11:50 19.06.2023
226
Ukrayna 8 yaşayış məntəqəsini azad edib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, cənub cəbhəsində iki həftəlik hücum əməliyyatı zamanı xilas edilən yaşayış məntəqələrinin sayı 8-ə çatıb.

Malyar sosial media hesabından verdiyi açıqlamada, Ukrayna ordusunun son bir həftə ərzində həm hücum, həm də müdafiə əməliyyatları həyata keçirdiyini bildirib. O, Rusların Ukrayna əsgərlərinin Baxmut istiqamətində irəliləyişini dayandırmaq üçün şərqə əlavə qoşun yerləşdirdiyini deyib.

Rus ordusunun ötən həftə Liman, Kupyansk, Avdiyivka və Marinka istiqamətlərində hücumlarını davam etdirdiyinə diqqət çəkən Malyar bu bölgələrdə mövqelərini itirmədiklərini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR