Xersonda 88 yaşayış məntəqəsi azad edilib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna ordusu torpaqları geri almağa davam edir və Xersonun 88 yaşayış məntəqəsi ruslardan geri alınıb:
"Xersonda 88 yaşayış məntəqəsi azad edildi. Azad edilən yaşayış məntəqələrinin ümumi əhalisi 11827 nəfərdir. Azad edilmiş ərazilərə humanitar yardım göstərilir. İnfrastruktur sistemlərinə yenidən baxılır, zədələnmiş elektrik şəbəkələri təmir olunur”, - deyə Kirilo Timoşenko bildirib.
Ayşən