Ukrayna mövcud təmas xətti boyunca atəşkəsə və diplomatik danışıqlara başlamağa hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Zelenski bu addımı böyük kompromis adlandıraraq Rusiyanın Ukrayna ərazilərindən çəkilmək istəmədiyini vurğulayıb.
"Biz hazırkı mövqelərimizdə qalmağa, hərbi əməliyyatları dayandırmağa və diplomatiyaya keçməyə hazırıq”, – deyə Ukrayna lideri qeyd edib.
Zelenski, həmçinin ABŞ Prezidenti Donald Trampın bütün məsuliyyəti Ukraynanın üzərinə qoymadan müharibəni başa çatdırmağın ədalətli yolunu tapacağına ümid etdiyini bildirib.
//Unikal.az











































