Ukrayna Avdiyivka şəhərini azad etdi

Ukrayna Avdiyivka şəhərini azad etdi
DÜNYA
11:22 11.09.2023
184
"Ukrayna qoşunları Donetsk vilayətinin Avdiyivka şəhəri yaxınlığındakı Opitne kəndinin bir hissəsini azad edib".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Malyar Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzində canlı yayımda çıxışında Ukrayna ordusunun Avdiyivka istiqamətində uğur qazandığını bildirib.

Malyar bildirib ki, Ukrayna əsgərləri son bir həftədə Donetsk vilayətinin Novomayorske yaxınlığında qismən uğur qazanıb və tutduqları mövqelərdə məskunlaşıblar.

Baxmut istiqamətində Klişiyevka və Andriyivka yaxınlığında ordunun müvəffəqiyyət qazandığına diqqət çəkən Malyar Ukrayna ordusunun rus əsgərlərini bu yaşayış məntəqələrindəki mövqelərindən dəf edərək irəlilədiyini qeyd edib.

Ukrayna ordusunun cənubdakı Robotino və Verbove qəsəbələrində uğurla irəlilədiyini bildirən Malyar, Ukrayna əsgərlərinin ötən həftə cənubda 1.5 kvadrat kilometr ərazini azad etdiyini də bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR