Ukrayna Azərbaycanlı Gənclər Birliyi 'İlin Diaspor Təşkilatı' seçildi-FOTOLAR

GƏNCLİK
11:41 04.10.2012
1513
Ukrayna Azərbaycanlı Gənclər Birliyi(UAGB) Qaynar.info Milli Xəbər Portalı tərəfindən Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, “İlin Diaspor Təşkilatı” Fəxri Diplomu ilə təltif olunub. Bu məqsədlə UAGB Kiyevdəki mərkəzi ofisində birliyin rəhbərliyi ilə görüş keçirilib.Görüşü giriş sözü ilə açan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqda geniş məlumat verib. O, qeyd edib ki, məqsədləri Ukraynada yaşayan, təhsil alan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına daha sürətlə inteqrasiya etməsinə yardım etməkdir. A.Tahirov Azərbaycanla Ukraynanın strateji mütəffiqliq münasibətlərini xatırladaraq, UAGB-ın bütün fəaliyyəti boyu iki ölkə arasında dostluq münasibətlərinin inkişafına çalışdığını qeyd edib.Çıxış edən Qaynar.info Milli Xəbər Portalının baş redaktoru Fərid Şahbazlı vurğulayıb ki, UAGB bu ölkədə yaşayan, oxuyan azərbaycanlı gənclər üçün doğma bir ünvana çevrilib və onların fəaliyyətinin səmərəli formada kordinasiya olunmasında mühüm rol oynayır. Baş redaktor qeyd edib ki, UAGB-ın qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq, Ukraynanın ictimai-siyasi həyatında olduqca mühüm yerlərdən birini tutub və iki ölkə arasında münasibətlərin inkişafında, yeni təşəbbüslərin meydana çıxmasında əhəmiyyətli rola malikdir.Sonda Qaynar.info Milli Xəbər Portalının “İlin Diaspor Təşkilatı” Fəxri Diplomu Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirova təqdim olunub.

OXŞAR XƏBƏRLƏR