Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda Rusiyanın 8 hücumu dəf edilib"

Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda Rusiyanın 8 hücumu dəf edilib"
DÜNYA
09:24 31.05.2022
282
Ukrayna Hərbi Hava Qüvvələri Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın "X-22” qanadlı raketini vurub. Məlumata görə, Ukraya müdafiəçiləri qarşı tərəfin Donetsk və Luqansk istiqamətində 8 hücumunun qarşısını alaraq bir tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini məhv edib. Eyni zamanda Ukrayna Hava Hücumundan Müdafiə bölməsi rəqibin "X-59MK” qanadlı raketini məhv edib.
OXŞAR XƏBƏRLƏR