Sursat çatışmazlığı yaşayan Kiyev Qərbdən kömək gözləyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrində zenit idarəolunan raketlərin çatışmazlığı yaşanır.
Qüvvələrin sözçüsü Yuri İhnat deyib: "Ukrayna baş verən üç hücum üçün xeyli ehtiyat xərcləyib. Hücum əleyhinə idarə olunan raket çatışmazlığının olduğu aydındır”.
Qeyd edək ki, ötən ay ABŞ Konqresi razılığa gələ bilmədiyi üçün Ukraynaya 50 milyard dollarlıq hərbi yardım ayıra bilməyib.
Ukrayna da Macarıstanın maneəsi səbəbindən Avropa İttifaqından 50 milyard avroluq dəstək paketini ala bilmir.
Yuri İhnat Qərbin yardım paketlərindəki gecikmələrin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib.
Ayşən