Ukrayna bu dənizə nəzarəti itirdi

Ukrayna bu dənizə nəzarəti itirdi
DÜNYA
13:16 19.03.2022
305
Ukrayna Silahlı Qüvvələri son bir sutkada hərbi əməliyyatlar barəsində məlumat  yayıb.

AZXEBER.COM "Ölkə.az"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri nin verdiyi məlumata görə, rus qoşunlarının Ukrayna ordusunun məğlub etmək, Kiyevi mühasirəyə almaq, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq istiqamətindəki əməliyyatları uğursuzluğa düçar olub.
 
Məlumatda deyilir ki, rus qoşunları Donetsk əməliyyat zonasında qismən uğur qazanıb: "Onlar müvəqqəti olaraq Ukrayna ordusunun Azov dənizinə çıxışının qarşısını alıblar. Mikolayivə yaxınlığında Ukrayna və Rus ordusu toqquşma yaşanıb, nəticədə ukrayna ordusu  Azov dənizi istiqamətində hərəkəti dayanıb".
 
Verilən xəbərdə o da bildiirlir ki, rus ordusu quru əməliyyatlarındakı uğursuzluqlarını həm yüksək dəqiqlikli raketlərdən, həm də təsadüfi bomba hücumlarından istifadə etməklə kompensasiya etməyə çalışır.
OXŞAR XƏBƏRLƏR