Xətai rayonu ərazisində avtomobillərin hərəkətində ciddi sıxlıq yaranıb.
Xüsusən Ukrayna dairəsi istiqamətində olan yollarda bir neçə dəqiqədir, tıxac yaranıb. Dövlət Yol Polisi əməkdaşları dairə istiqamətində hərəkət edən avtomobillərin hərəkətinə məhdudiyyət qoyub.
Məsələ ilə bağlı açıqlama verən Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yolların bağlı olmasına aydınlıq gətirib: “Xətai rayonunda bir neçə yerdə dövlət əhəmiyyətli tədbir keçirilir. Bu səbəbdən yollarda avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulub və sıxlıq yaranıb. Lakin təxminən 15-20 dəqiqədən sonra bütün yollarda hərəkət bərpa olunacaq”.
///AzNews.a