Ukrayna əhalisinin ruslara münasibəti necədir? - Sorğu keçirildi
SOSİAL
16:47 05.04.2023
140
"Ukraynada əhalinin cəmi 2%-i ruslara qarşı müsbət münasibət bəsləyir".
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Razumkov Mərkəzinin 2023-cü il fevralın 22-dən martın 1-dək apardığı sosioloji sorğunun nəticələrinə istinadən məlumatında deyilir.
"Əgər 2014-cü ilin aprelində ukraynalıların nisbi əksəriyyəti (45%) Rusiya vətəndaşlarına müsbət münasibət bildiribsə, 2017-ci ilin iyununda isə 42,5% bitərəf olubsa, son sorğuya əsasən, respondentlərin yalnız 2%-i onlara müsbət münasibət bildirib. Əhalinin 77%-i mənfi, 14%-i neytraldır”, - deyə hesabatda bildirilir.