Ukrayna Müdafiə Qüvvələri Xarkovun şimalında əks-hücum əməliyyatını davam etdirərək Rusiya Silahlı Qüvvələrini Rusiya sərhəddinə sıxışdırıblar. Əsgərlər bir neçə yaşayış məntəqəsini azad etməyə nail olublar.
AZXEBER.COM BAKU.WS-ə istinadla xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilib.
Ukrayna ordusunun əks-hücum əməliyyatı azad edilmiş Starıy Saltovun şimalında davam edib.
Qeyd edilib ki, Rusiya qüvvələri demək olar ki, Rusiya Federasiyasının sərhəddinə geri çəkilib.