Rusiya "9 may"da əməliyyatı dayandıracaq? - Lavrovdan cavab

Rusiya "9 may"da əməliyyatı dayandıracaq? - Lavrovdan cavab
DÜNYA
22:28 02.05.2022
1503
Rusiya Ukraynada müharibəni mayın 9-da dayandıracağı bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını mayın 9-na kimi başa çatdırmağı hədəflədiyi iddiaları ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

O bildirib ki, Ukrayna əməliyyatları 9 May Qələbə Günü məqsədi daşımır. Onun sözlərinə görə,
"Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?" sualına cavab vermək çətindir, amma 9 May ilə bağlı iddialar uzun müddətdir ki, gündəmdədir. Ukrayna Rusiyada Qələbə Günü kimi qeyd olunan 9 May tarixinə qədər müharibənin başa çatdırılması ideyasının təbliğ olunduğunu iddia edib. Hələlik dəqiq açıqlama verməyən Rusiya isə məsələni təkzib edib.

Sergey Lavrov Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını mayın 9-na kimi tamamlamağı hədəflədiyi və Rusiyanın güc nümayiş etdirəcəyi ilə bağlı iddialara cavab verib:

"Əsgərlərimiz Qələbə Günü də daxil olmaqla heç bir tarixə görə hərəkətlərini süni şəkildə tənzimləməyəcəklər. Həmişə olduğu kimi, 9 May Qələbə Gününü böyük təntənə ilə qeyd edəcəyik. Mülki və hərbi riskləri minimuma endirmək bizim üçün vacibdir".
 
Ayşən
OXŞAR XƏBƏRLƏR