Ukrayna Ermənistanı və Azərbaycanı sülh danışıqlarına qayıtmağa çağırır

Ukrayna Ermənistanı və Azərbaycanı sülh danışıqlarına qayıtmağa çağırır
DÜNYA
17:48 27.09.2020
623

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda sülh danışıqlarına qayıtmağa çağırır.

Bu barədə Ukrayna XİN-in "Twitter” hesabında qeyd edilir.

 

"Ukrayna XİN Ermənistanla Azərbaycan arasındakı münaqişənin kəskinləşməsindən çox narahatdır.

Gərginləşməyə səbəb olan vəziyyəti diqqətlə öyrənirik. Tərəfləri məsələnin sülh yolu ilə həlli üçün dialoqa qayıtmağa çağırırıq”.

OXŞAR XƏBƏRLƏR