Ukrayna Rusiyanın zenit raketləri istehsal edən zavodunu vurub

Ukrayna Rusiyanın zenit raketləri istehsal edən zavodunu vurub
DÜNYA
11:32 24.07.2026
156
Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən "AVİTEK" zavodunu vurub.

"Unian"ın yaydığı məlumata görə, hücumdan sonra zavodda yanğın baş verib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.

Bildirilir ki, zavod həmçinin "Tor" zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.

Məlumata görə, "AVİTEK" ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR