Ukrayna Gürcüstana yeni səfir təyin edəcək

Ukrayna Gürcüstana yeni səfir təyin edəcək
DÜNYA
18:11 11.01.2023
173
Ukrayna hakimiyyəti Gürcüstana təyin ediləcək yeni səfirin namizədliyi ilə bağlı qərar qəbul edib.

Bu barədə "Unian" məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna hökuməti Vladimir Lukyanovu Gürcüstanda yeni səfir təyin etmək niyyətindədir. Onun fevralın əvvəlində Tbilisidə səfir fəaliyyətinə başlayacağı gözlənilir.

Vladimir Lukyanov Ukrayna XİN əməkdaşıdır və Gürcüstanda səfir kimi fəaliyyət onun ilk diplomatik missiyası olacaq.

Xatırladaq ki, keçən ilin martın 1-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Gürcüstandakı səfiri geri çağırandan sonra Ukraynanın bu ölkədə səfiri yoxdur.
OXŞAR XƏBƏRLƏR