Ukrayna hərbi hissələrin Krımdan çıxarılması barədə qərar qəbul etdi

SİYASƏT
16:00 24.03.2014
969
Milli Təhlükəsizlik və Müdafiə Şurası həyatı və sağlamlıqları üçün real təhlükə olan hərbçiləri evakuasiya etmək haqqında göstəriş verib
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) hərbi hissələrin Krımdan çıxarılması barədə Müdafiə Nazirliyinə göstəriş verilməsi haqqında qərar qəbul edib.
ANS PRESS-in UNİAN-a istinadla verdiyi məlumata görə, bunu parlamentin iclası zamanı Ukrayna prezidentinin vəzifələrini müvəqqəti icra edən Ali Radanın sədri Aleksandr Turçinov verib.
Onun sözlərinə görə, MTMŞ Nazirlər Kabinetinə həyatı və sağlamlıqları üçün real təhlükə olan hərbçiləri evakuasiya etmək haqqında göstəriş verib.
Nazirlər Kabineti bu gün Rusiyanın işğalı nəticəsində evlərini tərk etməyə məcbur olanları, hərbçilərin ailələrini yerləşdirmək haqqında tapşırıq alıb.
Qeyd edək ki, bu gün Rusiya hərbçiləri Feodosiyada dəniz piyadalarının taboruna hücum ediblər. ANS PRESS-in məlumatına görə, səhər saat 04:30-da taborun yerləşdiyi rayondan atəş səsləri eşidilib, hərbi hissənin üzərində isə helikopterlər uçub. Saat 05:00-da isə hucum başlayıb.
Hərbi hissənin ərazisindən 3 Ural çıxıb. Onlarda əlləri bağlı ukraynalı dənizçilər olub.

OXŞAR XƏBƏRLƏR