"Ukrayna ilə bağlı danışıqlarda inkişaf yoxdur" - Kreml sözcüsü

"Ukrayna ilə bağlı danışıqlarda inkişaf yoxdur" - Kreml sözcüsü
DÜNYA
15:58 25.11.2025
85
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə bağlı danışıqlara açıq olduqlarını bildirərək, "ABŞ tərəfinin sülh planının rəsmi versiyasını bizimlə paylaşmasını gözləyirik" deyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov təyyarədə rusiyalı jurnalistlərlə cari məsələlər barədə danışıb.

Peskov ABŞ-nin Ukrayna ilə bağlı sülh planı ilə haqda mediada yayılan xəbərləri izlədiklərini bildirərək bununla bağlı yeniliyin olmadığını deyib: "Yeni mətndə bəzi dəyişikliklərin edildiyini başa düşürük. Yəqin ki, ABŞ rəsmiləri ilə əlaqə saxlayıb planı rəsmi olaraq alacağıq. Hələlik yeni inkişaf yoxdur".

Peskov planla bağlı çoxlu ziddiyyətli məlumatların yayıldığını qeyd edərək deyib: "ABŞ tərəfinin sülh planının rəsmi versiyasını bizimlə paylaşmasını gözləyirik. Danışıqlar prosesinə tam açıq qalacağıq və məqsədlərimizə siyasi və diplomatik yollarla çatmaq istəyirik".

Peskov bildirib ki, Tramp administrasiyası tərəfindən hazırlanan plan danışıqlar üçün yaxşı əsas yarada bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR