Ukrayna ilk dəfə "Bayraktar"dan döyüş əməliyyatında istifadə edib - VİDEO

Ukrayna ilk dəfə "Bayraktar"dan döyüş əməliyyatında istifadə edib - VİDEO
DÜNYA
06:36 27.10.2021
365
Ukrayna ilk dəfə olaraq Donbas bölgəsində Türkiyədən aldığı "Bayraktar" pilotsuz təyyarələrindən istifadə edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "RİA Novosti" Ukrayna mətbuatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, hərbçilər zərbə dronundan artileriya silahlarını sıradan çıxarmaq üçün yararlanıblar.

"Telegram" kanallarında isə Ukrayna ordusunun "Bayraktar"ın zərbə endirməsini əks etdirən video yayılıb.
OXŞAR XƏBƏRLƏR