Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb

Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb
DÜNYA
18:58 24.06.2026
258
Ukrayna SEPAH-ın saxladığı və İranda saxlanılan dörd dənizçisini ölkəyə qaytarıb.

Bu barədə "RBK-Ukraine” Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiyə istinadən məlumat yayıb.

Tixinin sözlərinə görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmiləri və dənizçiləri saxlayıb. Saxlanılanlar arasında göyərtəsində dörd Ukrayna vətəndaşının olduğu "Epimonidas” konteyner gəmisi də olub.

"Həmin vaxtdan etibarən Ukrayna tərəfi bütün aidiyyəti qurumlar və tərəflərlə fəal və ardıcıl iş aparıb. Məmnuniyyətlə bildiririk ki, bu səylər müsbət nəticə verib. Dörd vətəndaşımız artıq İran ərazisini tərk edib”, – Tixiy deyib.

XİN rəsmisi qeyd edib ki, Ukrayna vətəndaşları hazırda təhlükəsiz şəraitdə ailələrinin yanındadır.
OXŞAR XƏBƏRLƏR