Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan təcili kömək istəyirlər.
Sakinlərdən biri qarşılaşdıqları çətinliyi belə ifadə edib:
"Anamın vəziyyəti ağırlaşdı, yaşlı qadındır. Təcili yardım çağırdıq, lakin UAZ markalı avtomobil yolun bərbadlığı səbəbindən evimizə qədər gəlib çata bilmədi. Onu qucağımıza alaraq beş-altı nəfərlə kəndin mərkəzinə qədər apardıq, yalnız oradan xəstəxanaya çatdıra bildik".
Digər sakin isə yolların vəziyyətinin məktəblilər üçün də ciddi maneə yaratdığını qeyd edib:
"Uşaqlar məktəbə gedə bilmirlər. Palçıqdan ayaqqabı da, paltar da yararsız hala düşür. Təcili yardım xəstəni vaxtında götürə bilmir.
Bələdiyyəyə müraciət edəndə isə "özünüz həll edin" cavabını alırıq".











































