Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - VİDEO

Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - VİDEO
SOSİAL
21:50 24.06.2026
276
Quba rayonunun Zərqava kəndinin İnqilab məhəlləsində yaşayan sakinlər yol infrastrukturunun bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan təcili kömək istəyirlər.

Sakinlərdən biri qarşılaşdıqları çətinliyi belə ifadə edib:

"Anamın vəziyyəti ağırlaşdı, yaşlı qadındır. Təcili yardım çağırdıq, lakin UAZ markalı avtomobil yolun bərbadlığı səbəbindən evimizə qədər gəlib çata bilmədi. Onu qucağımıza alaraq beş-altı nəfərlə kəndin mərkəzinə qədər apardıq, yalnız oradan xəstəxanaya çatdıra bildik".

Digər sakin isə yolların vəziyyətinin məktəblilər üçün də ciddi maneə yaratdığını qeyd edib:

"Uşaqlar məktəbə gedə bilmirlər. Palçıqdan ayaqqabı da, paltar da yararsız hala düşür. Təcili yardım xəstəni vaxtında götürə bilmir.

Bələdiyyəyə müraciət edəndə isə "özünüz həll edin" cavabını alırıq".

OXŞAR XƏBƏRLƏR