Ukrayna kəşfiyyatı rusları mobil rabitə ilə təmin edən hakeri tutdu - FOTO

Ukrayna kəşfiyyatı rusları mobil rabitə ilə təmin edən hakeri tutdu - FOTO
DÜNYA
12:39 15.03.2022
3557
Ukrayna ərazisində rusiyalı hərbçiləri mobil rabitə ilə təmin edən haker Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ukrayna kəşfiyyatı müəyyənləşdirib ki, bir gündə adı açıqlanmayan hakerə minə qədər zəng edilib. Onların əhəmiyyətli bir hissəsi Rusiya ordusunun ali rəhbərliyindən olub.

Bundan əlavə haker Ukrayna təhlükəsizlik qüvvələrinə və dövlət qulluqçularına təslim olmaq və Rusiyanın tərəfinə keçmək barədə SMS göndərib. O, həmçinin Rusiya ordusunun qabaqcıl qruplarına əmr və göstərişlər ötürüb.

Saxlanılan hakerin bütün avadanlıqları götürülüb. Bildirilir ki, onun üzərində onlarla, hətta yüzlərlə öldürülmüş ukraynalının qanı var.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR