Ukrayna ordusu ölən rus əsgərlərinin cəsədlərini soyuducularda saxlayır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə əks olunan görüntülərdə Ukrayna ordusunun ölən rus əsgərlərinin cəsədlərini çürüməməsi üçün torbalara qoyaraq soyuducularda saxladığı görülüb.
Bildirilib ki, Rusiya ordusu hələ də meyitlərin götürülməsi ilə bağlı müraciət etməyib.
Ukrayna Baş Qərargahı fevralın 24-dən martın 18-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumatları paylaşıb.
Ukraynaya hücum edən Rusiya ordusunun 13500-dən çox əsgəri öldürülüb, 81 Rusiya təyyarəsi, 95 helikopteri, 404 tankı, 1279 zirehli texnikası, 150 artilleriya qurğusu, 64 reaktiv yaylım atəşi sistemi və 36 hava hücumundan müdafiə sistemi məhv edilib.
Rusiya qüvvələri həmçinin 640 texnika, 3 yüngül sürətli qayıq, 60 yanacaq daşıyan maşın və 9 PUA-nı itirib.
Ayşən Mirzəyeva