xari

Ukrayna millisinin daha 3 futbolçusu koronavirusa yoluxdu

İDMAN
14:28 16.11.2020
357
Ukrayna millisində koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatıb.

AZXEBER.COM federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, son analizlərdən sonra daha 3 futbolçuda infeksiya aşkarlanıb.

Bu səbəbdən qapıçı Dmitri Riznık, müdafiəçilər Eduard Sobol və Yevgeni Makarenko yığmadan kənarlaşıdırlıblar. Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə noyabrın 17-də keçiriləcək oyunu buraxacaqlar.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində Andrey Yarmolenko, Viktor Tsıqankov, Viktor Kovalenko və Sergey Sidorçukun test nəticəsi müsbət çıxıb.
 

OXŞAR XƏBƏRLƏR