Ukrayna MN: "Rusiya Silahlı Qüvvələrinin Mİ-24 helikopteri məhv edilib"

Ukrayna MN: "Rusiya Silahlı Qüvvələrinin Mİ-24 helikopteri məhv edilib"
DÜNYA
10:10 11.05.2022
405
"Rusiya ordusunun ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur. Volın, Polissya və Siverski istiqamətlərində əhəmiyyətli dəyişiklik yoxdur".
 
AZXEBER.COM xəbər verir ki, bu, Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, qarşı tərəf radiokanalları boğmaq üçün elektron döyüş sistemlərindən istifadə edir: "Qarşı tərəf qoşunlarımızın Ukraynanın dövlət sərhədinə doğru daha da irəliləməsinin qarşısını almağa çalışır. Donetsk istiqamətində isə onların əsas səyləri Rubijne şəhərinə tam nəzarəti təmin etməyə, Liman və Severodonetsk yaşayış məntəqələrini ələ keçirməyə yönəlib. Rusiya Silahlı Qüvvələri Liman, Severodonetsk, Baxmut, Avdiyev və Kuraxiv ərazilərinə hücumları dayandırmır. Mariupol şəhərində düşmən "Azovstal” zavodunun yanındakı bölmələrimizin qarşısını kəsir. Artilleriya və tank atəşinin dəstəyi ilə hücum əməliyyatları həyata keçirilir. Raket və bomba zərbələri endirir. Nikolayev istiqamətində Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərinə hücumları davam etdirir. Krivoy Roq istiqamətində qoşunlarımızın artilleriya bölmələri atəşə tutulub".

Qeyd olunub ki, Tavriya istiqamətində Rusiya Silahlı Qüvvələrinin mövqelərinin mühəndis avadanlıqları təkmilləşdirilir, ehtiyatlar artırılır: "Qarşı tərəf raket və bomba zərbələri ilə yaşayış məntəqələrini atəşə tutur, Ukraynanın mülki infrastukturunu məhv edir. Rusiya Silahlı Qüvvələrinin davamlı atəşi mülki əhalinin və yaralıların müharibə zonasından tam təxliyəsinə imkan vermir".

Ukrayna Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, ötən gün Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyaya aid "Orlan-10” tipli 4 PUA-nı məhv edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hücum qoşunlarının briqadalarından biri 1 Mi-24 helikopterini vurub. Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin 12 hücumunun qarşısını alıb. Həmçinin son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 12 tankı, 4 artilleriya sistemi, 19 zirehli döyüş maşını, 7 avtomobil və 2 xüsusi mühəndis texnikası məhv edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Radcliffe "Harry Potter"in yeni bölümlərində çəkilməyəcək
12:24 11.08.2025
Radcliffe "Harry Potter"in yeni bölümlərində çəkilməyəcək
İlqarədən diqqət çəkən paylaşım: "Hər cür insanları görmüşəm"
12:14 11.08.2025
İlqarədən diqqət çəkən paylaşım: "Hər cür insanları görmüşəm"
Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
12:11 11.08.2025
Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
12:08 11.08.2025
Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
"Spotify" türkiyəli əməkdaşlarına qarşı araşdırma başladıb
12:02 11.08.2025
"Spotify" türkiyəli əməkdaşlarına qarşı araşdırma başladıb
Meksikalı iş adamı Bodrumda soyuldu
11:56 11.08.2025
Meksikalı iş adamı Bodrumda soyuldu
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
11:50 11.08.2025
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” - Deputat
11:46 11.08.2025
“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” - Deputat
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində! - FOTO
11:39 11.08.2025
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində! - FOTO
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
11:38 11.08.2025
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
11:29 11.08.2025
Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
"30 yaşdan sonra bürcünüzün xarakterini daşımırsınız" - Astroloqdan AÇIQLAMA
11:24 11.08.2025
"30 yaşdan sonra bürcünüzün xarakterini daşımırsınız" - Astroloqdan AÇIQLAMA
Lənkəranda yanğın törədən şəxs saxlanıldı
11:24 11.08.2025
Lənkəranda yanğın törədən şəxs saxlanıldı
Aysun 1400 nəfərə konsert verdi - FOTOLAR
11:21 11.08.2025
Aysun 1400 nəfərə konsert verdi - FOTOLAR
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır
11:02 11.08.2025
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır
Məşhur rok ifaçısı Almatıda konsert verəcək
11:01 11.08.2025
Məşhur rok ifaçısı Almatıda konsert verəcək