Ukrayna Moskvaya PUA-larla hücum etdi

Ukrayna Moskvaya PUA-larla hücum etdi
DÜNYA
10:39 24.07.2023
208
Ukrayna Silahlı Qüvvələri Rusiyanın paytaxtı Moskvaya iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki,  Moskva meri Sergey Sobyanin bildirib ki, yerli vaxtla saat 04:00 radələrində iki pilotsuz təyyarə Moskvaya hücum edib.

Pilotsuz təyyarələrin iki boş binaya dəydiyini qeyd edən Sobyanin, hücumlar nəticəsində ölən və yaralanan olmadığı barədə məlumatı paylaşıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada PUA hücumlarının Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR