Ukrayna müdafiə naziri Oleksiy Reznikov britaniyalı həmkarı Ben Uolleslə görüşüb.
Bu barədə Oleksiy Reznikov tviter səhifəsində yazıb.
Qeyd olunub ki, tərəflər Ukraynaya hərbi yardımı müzakirə ediblər.
Qeyd edək ki, nazirlər Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bir araya gəliblər.