Ukrayna-NATO Şurasının iclası çağırıldı

Ukrayna-NATO Şurasının iclası çağırıldı
DÜNYA
21:22 23.07.2023
221

"NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb".

Bunu alyansın nümayəndəsi Oan Lunqesku bildirib.

"Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər”, - o deyib.

Lunqesku həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR