Ukrayna Nazirlər Kabinetinin binasının mühafizəsi gücləndirilib

SİYASƏT
12:19 26.11.2013
1153

Bu gün səhər Ukrayna Nazirlər Kabineti binasının mühafizəsi gücləndirilib. Buna səbəb hökumətin Avropa İttifaqı ilə assosiasiyalar haqqında sazişin hazırlanmasının dayandırılması barədə qərarına qarşı keçiriləcək yeni mitinqlərdir. 

Bu barədə RİA Novosti Ukraynanın UNN agentliyinə istinadən xəbər verir.

Agentliyin müxbirinin məlumatına görə, "Ukrayna Nazirlər Kabinetinin binasının mərkəzi girişi metal sipərlərlə əhatə olunub, binaya şəxslər isə yalnız sənədlər təqdim edildikdən sonra buraxılır".(TREND)

OXŞAR XƏBƏRLƏR