"Donetsk regionunda separtçıların mayın 22-nə keçən gecə hücumlarında Ukrayna ordusunun 13 əsgəri ölüb".ANS PRESS-in məlumatına görə, bunu Ukraynanın prezidenti vəzifəsini icra edən Aleksandr Turçinovun sözçüsü deyib.Ukrayna ordusunun 6 həftədir ki, başladığı anti-terror əməliyyatı dövründə bu gecəki hücumlar ən qanlı hücumlardır. Ukrayna ordusunun bir əsgəri isə Luqanskda həlak olub.Ukraynanın baş naziri Arseni Yatsenyuk vəziyyəti qızışdırmaqda Rusiyanı ittiham edib.Bu arada məlum olub ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası bildirir ki, mayın 25-dəki prezident seçkilərinə 3 gün qalmış ölkənin şərqində 2 regionda – Luqanskda və Donetskdə separatçılar 34 seçki məntəqəsindən 16-da seçki rəsmilərini məntəqələrə buraxmırlar.MSK bildirir ki, Donetsk və Lu1ansk separtçıları bu regionlarda seçki keçirilməsinə imkan verməyəcəklərini deyirlər.