Ukrayna ordusu Avdeyevka yaxınlığındakı kənddən geri çəkildiyini təsdiqləyib

Ukrayna ordusu Avdeyevka yaxınlığındakı kənddən geri çəkildiyini təsdiqləyib
DÜNYA
20:10 26.02.2024
184
Ukrayna ordusu Avdeyevkanın 2 kilometr qərbində yerləşən Lastoçkino kəndindən geri çəkildiyini təsdiqləyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, USQ bu addımın Rusiya qüvvələrinin qərbə doğru irəliləməsini dayandırmağa kömək edəcəyini bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin bölmələri müdafiəni təşkil etmək və düşmənin qərb istiqamətində daha da irəliləməsinin qarşısını almaq üçün Lastoçkino kəndindən geri çəkilib", - deyə Ukrayna ordusu komandirinin mətbuat katibi Dmitri Lıxoviy televiziya ilə çıxışında bildirib.
OXŞAR XƏBƏRLƏR