Ukrayna ordusu Xarkov əyalətinin Kazaçya Lopan qəsəbəsini azad edib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Derqaçev Şəhər Şurasının feysbuk səhifəsində bildirilib.
Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Kazaçya Lopan əhalisini təxliyə edib. Qəsəbədə Ukrayna bayrağı ucaldılıb.
Bundan əvvəl Derqaçevin meri Vyaçeslav Zadorenko Rusiya hərbçilərinin qəsəbəsini boşaltmağa başladığı barədə məlumat verib.
"Bizdə olan məlumata görə, Rusiya hərçiləri Kazaçya Lopandan Belqoroda qaçır, yerli əhalini təxliyə edirlər. Biz Baş Qərargahdan rəsmi məlumat gözləyirik", - Zadorenko qeyd edib.