Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi
DÜNYA
09:34 20.05.2022
302
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, bu barədə Donetsk vilayət Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko milli marafonun efirində danışıb.

Onun sözlərinə görə, ruslar Baxmuta gedən əsas yollardan birini kəsməyə cəhd etsələr də, məğlub olublar.

Kirilenko bildirib ki, dünən, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka, Toretsk düşmənin atəşinə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR