Ukrayna Ordusu Donetsk vilayətində daha bir kəndi azad edib

Ukrayna Ordusu Donetsk vilayətində daha bir kəndi azad edib
DÜNYA
20:38 19.09.2022
282
Ukraynanın Rusiyanın işğalı altında olan Donetsk vilayətində daha bir kənd azad edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Boqdan Miroşnikov bildirib.

Onun sözlərinə görə, Svyatoqorsk və Drobışev yaşayış məntəqələri arasında yerləşən Yarovaya kəndi artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: "Orada Ukraynanın dövlət bayrağı dalğalanır”.

Xatırladaq ki, daha əvvəl İzyum rayonunun Podvısokoye kəndində də Ukrayna bayrağının dalğalandığına dair məlumat yayılmışdı.
OXŞAR XƏBƏRLƏR